İşgüzar əlaqələrin genişləndirilməsi perspektivləri

İşgüzar əlaqələrin genişləndirilməsi perspektivləri

1 İyun 2023 0000

Əsəd İsmayılov, "Azərişıq" şirkətinin mütəxəssisi

"Azərişıq" şirkəti Azərbaycan ərazisində elektrik enerjisinin tədarükünü həyata keçirir. Biz istehlakçılara elektrik enerjisinin etibarlı, təhlükəsiz və səmərəli təchizatını təmin edirik. Biz, həmçinin bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın modernləşdirilməsi, onun səmərəli istifadəsi ilə məşğul oluruq, bu sahənin inkişafına yönəlmiş digər fəaliyyətləri həyata keçiririk.

Xüsusilə, biz Qarabağ zonasında enerji təchizatının bərpası üçün yeni metod və texnologiyalarımızdan istifadə edirik. Biz, həmçinin ekoloji problemlərin həlli istiqamətində də işlər görürük. "Azərişıq" ekoloji aspektlərə və ətraf mühitə təsirin minimuma endirilməsinə böyük diqqət yetirir.

Hələ Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi başlamazdan əvvəl bizimlə təcrübə və bilik mübadiləsi aparmaq istəyən şirkətlərdən danışıqlar üçün çox sayda müraciətlər almışıq. Bir çox digər şirkətlər kimi, sərgidə müştəri bazasını genişləndirməyi, yeni əlaqələr qurmağı nəzərdə tuturuq. Ümid edirik ki, bu fürsətdən tam istifadə edə biləcəyik, çünki sərginin miqyası və burada iştirak edən şirkətlərin sayı böyük təəssürat doğurur. Sərgilinin təşkili ən yüksək səviyyədədir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN