"HellermannTyton" məhsullarının geniş çeşidi

"HellermannTyton" məhsullarının geniş çeşidi

1 İyun 2023 0000

Stefani Funk, marketinq layihələri üzrə menecer, HellermannTyton

Şirkətimiz elektrik kabel sistemlərinin və məlumatların ötürülməsi şəbəkələrinin infrastrukturunun bərkidilməsi, birləşdirilməsi, qruplaşdırılması, qorunması, izolyasiyası və etiketlənməsi üçün yüksək keyfiyyətli məhsulların aparıcı istehsalçısı və təchizatçısıdır. "HellermannTyton" hər hansı bir problemi həll etmək üçün uyğun olan kabel bağları, kabel bağları üçün əl alətləri və pnevmatik alətlər daxil olmaqla geniş çeşidli məhsulları təklif edir.

Bu sərgidə əsas diqqətimiz paslanmayan poladdan kabel bağları üçün alətlər kimi paslanmayan polad həllərə yönəldilmişdir.

Həmçinin özümüzlə "Autotool 2000 CPK hybrid" kabel bağlarının avtomatik quraşdırılması sistemi kimi əl alətlərimizi də gətirmişik. Tam dövrənin sürəti kabellərin keyfiyyətindən və tətbiq olunan gücdən asılı olaraq 0,65 ilə 1,0 saniyə arasındadır və obyektlərin bağlanması üçün maksimum diametr 20 mm-dir. Bu sistem böyük həcmli kabel birləşmələrinin həyata keçirilməsi tələb olunan obyektlər üçün uygundur.

Bu, bizim Bakıya ilk səfərimiz və "Caspian Power" sərgisində ilk iştirakımızdır, ona görə də yerli bazarı araşdırmaq, məhsullarımızın kimin üçün maraqlı ola biləcəyini və şirkətin müştərilərinin kimlər ola biləcəyini təhlil etmək bizim üçün maraqlıdır. Şübhəsiz ki, bir çoxları kimi biz də B2B formatında görüşün müsbət nəticəsinə ümid edirik.

Mən bu tədbirin təşkilindən çox məmnunam, burada hamı bizə hərtərəfli dəstək göstərir, ona görə də sərgini çox yüksək qiymətləndirirəm!


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN