Biz burada potensial müştərilərlə tanış ola bilərik
31 may 2023
0000
Pərviz Hacıyev, “AZENCO”nun İdarə Heyətinin sədri
AZENCO şirkəti enerji layihələrinin icrası ilə məşğuldur. Biz elektrik stansiyaları, su elektrik stansiyaları tikirik, elektrik xətləri çəkirik.
Stendimizdə şirkətin işini aydın şəkildə nümayiş etdirən maket təqdim edilib: yarımstansiyalar, yüksək gərginlikli ötürücü xətlər, eləcə də müxtəlif enerji sistemləri. Şirkətimizin məhsulları əsasən enerji sahəsində istifadə olunur. Maketdə bütün detallar göstərilməsə də, əsas işlərimizin, yəni infrastrukturun, elektrik təchizatı sistemlərinin xüsusiyyətlərini görmək mümkündür.
Eyni zamanda, AZENCO müştərilərin tələblərinə uyğun layihələndirmə ilə məşğuldur.
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisindən gözləntilərimiz çox böyükdür, çünki bilirik ki, burada çox sayda potensial müştərilərlə görüşə bilərik və gələcəkdə onlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq. AZENCO şirkəti belə bir sərgidə ilk dəfədir ki, iştirak edir. Təəssüratlarımız çox yaxşıdır. Burada iştirak etməkdən və brendimizi təmsil etməkdən məmnunuq. Ümid edirik ki, bu bizim sonuncu iştirakımız deyil.