Ziyarət qaydaları

  • Nəzərinizə çatdırırıq ki, internet saytımız vasitəsilə qeydiyyatdan keçmə, məktəbli, tələbə və məşğulluğu olmayan şəxslərə sərgiyə dair döş nişanı almaq və sərgiyə daxil olmaq hüququnu vermir.
  • 1 - 3 iyun tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
  • Tələbələr sərgiyə yalnız 3 iyun tarixlərində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir.
  • Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.

Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Tədbirin bütün iş günlərində pulsuz ziyarət;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

Dəvətnaməni əldə edin