Xəbərlər

CASPIAN POWER - Şuşada alternativ enerji sahəsində sənədlər imzalanıb

Şuşada alternativ enerji sahəsində sənədlər imzalanıb

04.06.2022

Xəbərlər

Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiyada Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) bp arasında əməkdaşlıq sazişi imzalanıb.

Trend-in müxbiri xəbər verir ki, bu sənəd Azərbaycanda bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlığı və birgə layihələrin icrasını nəzərdə tutur.

Bundan başqa, SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Bu memorandum çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq planlaşdırılır.

Hər iki sənədin imzalanmasının məqsədi neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin birgə inkişafı sahəsində öncül texnologiyaların tətbiqidir.


Tərəfdaşlar