Xəbərlər

CASPIAN POWER - May ayında respublikada elektrik enerjisi istehsalı artıb

May ayında respublikada elektrik enerjisi istehsalı artıb

29.06.2021

Xəbərlər

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,5 mln. kVt·st artaraq 1980,1 mln. kVt·st olub. Ay ərzində elektrik enerjisinin ixracı 15,9 mln. kVt·st, idxalı isə 29,3 mln. kVt·st təşkil edib.

2021-ci ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı 10 928,0 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 19,5 mln. kVt·st artaraq 10 115,1 mln. kVt·st, SES-lərdə 110,1 mln. kVt·st artaraq 659,1 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,0 mln. kVt·st artaraq 153,8 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 39,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 20,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 94,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9790,7 mln. kVt·st (İES-lərdə 9208,5 mln. kVt·st, SES-lərdə 582,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161,4 mln. kVt·st (İES-lərdə 73,8 mln. kVt·st, SES-lərdə 69,1 mln. kVt·st, GES-də 18,5 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 947,6 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28,3 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 76,6 mln. kVt·st olub. İrandan 14,4 mln. kVt·st, Rusiyadan 39,3 mln. kVt·st, Gürcüstandan isə 22,9 mln. kVt·st elektrik enerjisi idxal edilib.

Cari ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı 569,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7 mln. kVt·st artıb. İrana 14,4 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 39,4 mln. kVt·st, Gürcüstana isə 503,4 mln. kVt·st elektrik enerjisi ixrac edilib.