Xəbərlər

CASPIAN POWER - Azərbaycanda daha bir şirkət yaradılıb

Azərbaycanda daha bir şirkət yaradılıb

04.03.2021

Xəbərlər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha bir şirkəti dövlət qeydiyyatına alıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən şirkət “Masdar Azerbaycan” MMC-dir. Şirkət 2021-ci il fevralın 25-də 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

2020-ci ilin yanvar ayında Azərbaycanın Energetika Nazirliyi və “Masdar” şirkəti (BƏƏ) arasında günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb.

Bu layihənin həyata keçirilməsi üçün cari ilin mart ayında şirkətlə digər müqavilələrin imzalanması planlaşdırılır.