10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi

2 - 4 iyun 2020 • Bakı Ekspo Mərkəzi

CASPIAN POWER - Azərbaycan bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirəcək
Media мərkəz » Xəbərlər

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirəcək
03.10.2019

Xəbərlər

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan 2020-ci ilin ortalarında bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirməyə başlayacaq.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” forumu çərçivəsində deyib.

Nazir bildirib ki, Azərbaycan neft və qaz tədarükçüsü olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı üzərində işləyir:

“Bu yaxınlarda biz yeni qanun layihəsi hazırlamışıq. Bu ilin sonunadək layihə qəbul olunacaq. Gələn ilin ortalarınadək biz bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirməyə başlayacağıq”.

P.Şahbazov forum iştirakçılarını hərraclarda iştirak etməyə dəvət edib.