10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi

2 - 4 iyun 2020 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - “Azərenerji” ASC-nin rəhbəri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

“Azərenerji” ASC-nin rəhbəri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb
18.09.2019

Xəbərlər

Bakı. Trend:

Sentyabrın 18-də Gürcüstan Respublikasının İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyyəti ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

ASC-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkəmizin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır və eyni zamanda, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi məhz Gürcüstandan keçməklə ixrac edilir.

Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin gedişi və Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji həlqəsi geniş müzakirə olunub.


Xəbərlər

Bütün xəbərlər