10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji Sərgisi


1 - 3 iyun 2021 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Quru və yağla işləyən transformatorlarımız Azərbaycanda yaxşı tanınır

Quru və yağla işləyən transformatorlarımız Azərbaycanda yaxşı tanınır
29.05.2019

Xəbərlər

Oleq Beydik, V. İ. Kozlov adına Minsk Elektrotexniki Zavodunun aparıcı mütəxəssisi (Belarus)

– V. İ. Kozlov adına Minsk Elektrotexniki Zavodu daim neft sərgisində iştirak edir. Ənənəyə sadiq qalaraq, builki sərgidə də biz Azərbaycanlı istehlakçılara yaxşı tanış olan yağlı və quru transformatorları təqdim edirik. Bizim müəssisənin məhsul çeşidinə neft-qaz kompleksi – neft hasil edən sualtı nasoslar üçün “ТМПН” və “ТМПНГ” seriyalı (ilkin gərginlikli üç fazalı yağlı nasoslar)  transformatorlar daxildir. Biz bu transformatorları Rusiya və MDB ölkələrinin bütün aparıcı neft şirkətləri üçün təmin edirik.

Azərbaycanda bizim əsas auditoriyamız enerji sektorunun nümayəndələridir və biz onlar üçün elektrik enerjisinə ehtiyac olan hər yerdə paylayıcı transformatorları təmin edirik. Azərbaycanda bu təchizatların yerində müşayiəti ilə məşğul olan bir sıra tərəfdaşlarımız var.

Bu sərgi bizim üçün Azərbaycana gəlmək, daimi müştərilərlə görüşmək, onlar ilə görüşlər təyin etmək və yeni işgüzar əlaqələr qurmaq baxımından əla imkandır. Biz eksponentlərin sırasına qatılmaqla, şirkətin məhsullarını təqdim edir, Azərbaycan bazarında iştirak etməklə isə maraqlanan ziyarətçiləri həmin məhsullar ilə tanış edirik. Özümüz isə sərgidə təmsil olunan rəqib şirkətlər ilə fəal tanışlıq əlaqələri qururuq. 


Xəbərlər

Bütün xəbərlər