10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji Sərgisi


1 - 3 iyun 2021 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbirləri sizi gözləyir!

Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbirləri sizi gözləyir!
23.05.2019

Xəbərlər

29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

Bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi”  öz iyirmi beş illiyini qeyd edir. İlk “Xəzər Neft və Qaz” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutdu. O vaxt Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Sərginin uğurla keçirildiyi bir çox illər ərzində ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin rəsmiləri öz salamlama məktublarını sərgiyə ünvanlamışlar. UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Xəzər Neft və Qaz” sərgisinə əvəzsiz dəstək göstərirlər. Bu il “Xəzər Neft və Qaz 2019” sərgi və konfransının VİP səviyyəli qonaqları arasında cənab Yury Sentyurin, Baş katib, Qaz ixrac edən ölkələr forumu (GECF), Kent D. Loqsdon, Enerji Resursları Bürosu Katibi köməkçisinin birinci müavini (ABŞ), Amir Hossein Zamaninia, Neft Nazirinin Müavini (İran), Pol Saqvari, Xarici İşlər və Ticarət Nazirliyinin böyük səfiri (Macarıstan), Tomonobu Uçida, “JOGMEC” şirkətinin Prezidenti (Yaponiya) və başqaları.

Tədbirin sponsor heyəti də sərginin yüksək statusunu əks etdirir. Regionun əsas neft-qaz tədbirinin Baş tərəfdaşı qismində “SOCAR» şirkəti çıxış edir. Sərginin qızıl sponsoru “BP” şirkətidir. Gümüş sponsor - TPAO, bürünc sponsorlar: “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “RussNeft”, “Socar Polymer”, “Tekfen Construction” və “Royal IHC”. Sərginin baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir. Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edəcəklər. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.

Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirəcək. Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edəcək. İştirakçıların ümumi sayının 24%-ni təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland Krallığı, Hindistan və digər ölkələr var. Şirkətlər neft və qaz avadanlığı, uniforma və digər məhsul və xidmətləri təqdim edəcəklər. Sərgi iştirakçıları və məhsullarının siyahısı: https://caspianoilgas.az/az-exhibitorslist-2019.html

SƏRGİNİN ZƏNGİN İŞGÜZAR PROQRAMI

Sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində, “B2B” formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüşə biləcəklər.

Sərgi çərçivəsində tələbələrə və gənc sənaye mütəxəssislərinə də böyük diqqət ayrılacaq. Belə ki, gələcəyin mütəxəssislərini sərgidə sənayenin ən son yenilikləri ilə tanış etmək, eləcə də nəhəng neft şirkətlərinin nümayəndələri ilə əlaqələr qurmaq məqsədi ilə xüsusi turun keçirilməsi planlaşdırılır. İxtisaslaşmış treninq sessiyasının gedişində isə aparıcı neft şirkətlərinin “BP”, “Halliburton” və “Leading Supply” şirkətlərinin nümayəndələri öz bilik və təcrübələrini gənc sənaye mütəxəssisləri ilə bölüşəcəklər və gənc kadrları gələcək iş yerinə, eləcə də müsahibədən keçməyə hazırlamaq məqsədi ilə çıxış edəcəklər.

Bu il təşkilatçılar proqrama iki yeni tədbir əlavə ediblər, belə ki, “Xəzər Neft və Qaz” sərgisi çərçivəsində ilk dəfə olaraq, “Bizimkilər” sessiyası – sərginin tərəfdaşı olan “Caspian Event Organisers” şirkətinin tədbirlər portfelinə daxil olan yeni brend təşkil edilib. Sessiyanın adı spikerlər qismində xaricdə dünyaca məşhur neft şirkətlərində çalışan həmvətənlərimizin çıxışı ilə bağlıdır. Sessiyanın məqsədi iri beynəlxalq şirkətlərin təcrübəsini auditoriya ilə bölüşmək və sənaye yenilikləri, eləcə də istehsalat sirləri ilə tanış etməkdir.

Tədbirdə “SOCAR KBR” (London) şirkətinin baş layihə mühəndisi Firudin Səfərov öz məruzəsi ilə çıxış edəcək və həm istehsal, həm də istehsalat proseslərinə yönəlmiş kimyəvi maşınqayırma kimi texnoloji maşınqayırma sahəsinə yeni baxış barədə məlumat verəcəkdir.

Ədu-Dabi Dövlət Neft Şirkətinin (“ADNOC”) Baş mühəndisi, layihələrin idarə edilməsinə və neft quyularının bütövlüyü üzrə cavabdeh olan Tural Yusubov layihələri və insanları idarəetmə metodları barədə məruzə edəcəkdir. O, layihənin reallaşdırılma prosesində personal çatışmazlığının kompensasiya edilməsi, işçilər arasında yüksək əhval ruhiyyənin saxlanması və işçi qüvvəsinin düzgün bölüşdürülməsi barədə məlumat verəcək.

“Wood” şirkətinin cihazqayırma üzrə Baş mühəndisi Pərviz Qafarov nəzarət-ölçü cihazları və sənayedə dəyişkən proseslər mövzularına toxunacaq, eləcə də yeni texnologiyalar haqqında məlumat verəcəkdir.

Başqa bir yeni tədbir isə “Women in Power” sessiyasıdır - adından da bəlli olduğu kimi, bu sessiya energetika sahəsində nailiyyətlər qazanmış qadınlara həsr olunur. Sessiya çərçivəsində neft sahəsinin əməkdar mütəxəssisləri olan zərif cinsin nümayəndələri çıxış edəcək, gənc qadınlar auditoriyasına öz uğur tarixçələrini danışacaq, təcrübələrini bölüşəcək və uğurlu karyera qurmaq üçün dəyərli məsləhətlər verəcəklər. Çıxış edənlər arasında texniki elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının Geotexnologiya və Neft-qaz Kimyası Elmi-Tədqiqat İnstitutunun direktoru Elmira Ramazanova, “Halliburton” şirkətinin materiallara nəzarət üzrə müfəttişi Xatirə Mikayılova və “BP” şirkətinin mayelər üzrə texniki mütəxəssisi Qumru Muradova yer alır.

1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür və bu münasibət ilə sərgi çərçivəsində “Yarat” müasir incəsənət mərkəzi ilə birlikdə xüsusi ustad dərslərinin keçirilməsi planlaşdırılır. Uşaqlar tədbir zamanı neftdən hansı hazır məhsullar əldə edildiyini öyrənəcək və onlara ölkəmizin həyatında neftin rolu barədə məlumat veriləcəkdir. Tədbirdə uşaqlar yüksək sənaye materialı olan maye bitumdan istifadə etməklə, rəsm əsərləri yaratmaq imkanı da əldə edəcəklər.

Sərgi tədbirləri: https://caspianoilgas.az/az-content/10.html

26-cı Beynəlxalq  Xəzər Neft və Qaz Konfransı

30-31 may tarixlərində “Bilgah Beach Hotel” otelində Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçiriləcək. Konfrans “Xəzər Neft və Qaz” sərgisinin tərkib hissəsidir və  neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 500 nəfərə yaxın nümayəndə iştirak edəcək.

26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransının formatı daha da dinamikləşir. İştirakçı və nümayəndə heyətlərini rəqəmsal imkanlardan istifadə sayəsində daha çox müzakirə və debatlar gözləyir. Belə ki, tədbir çərçivəsində nümayəndə heyətlərinə məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə veriləcək. Mobil əlavənin sponsoru qismində “Gazprombank” çıxış edir.

Sinerji - qlobal inkişafa aparan yol: enerji təhlükəsizliyinə və dayaniqliğa doğru. Bu, hər il keçirilən və həm sənayenin, həm də beynəlxalq əməkdaşlığın inkişaf vektorlarını müəyyən etmək məqsədi ilə neft-qaz sahəsinin aparıcı şirkətlərini bir araya gətirən “Xəzər Neft və Qaz” konfransının plenar sessiyasının adıdır. Auditoriyada sənayenin ən aktual mövzuları (enerji təhlükəsizliyi, sektorun rəqəmsallaşdırılması, yeni ixrac və investisiya imkanlari, buraxıcılıq potensialı, ekoloji təhlükəsizlik, enerjiyə qənaət və “ağilli” şəhərlər) barədə 40-dan artıq məruzə səslənəcək. Konfransda SOCAR-ın yeni məhsulu olan “Aliyə” Süni İntellekt layihəsi də təqdim olunacaq.

Konfransın məruzəçiləri arasında “SOCAR” şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə prezidenti cənab Hari Cons, “Nobel Upstream” şirkətinin icraçı direktoru cənab Lari Beyts, “SOCAR” şirkətinin Vitse-prezidentləri, “Petronas” şirkətinin regional rəhbəri və başqaları yer alır.

İlk dəfə olaraq, “Enerji baxımından səmərəli və “Ağıllı” şəhərlər”: əsas hərəkətverici mexanizmlər və onların inkişafında energetika sektorunun rolu” adlı aktual mövzunu yekunlaşdırmaq məqsədi ilə xüsusi olaraq təşkilatçılar tərəfindən dəvət edilmiş məşhur sloveniyalı futuroloq Blaz Qolob konfransda iştirak edəcək. Blaz Qolob aralarında enerjinin də yer aldığı beş dayaqdan ibarət olan “Ağıllı” şəhər konsepsiyasının müəllifidir. Həmçinin Blaz Qolob yeni texnologiyalar ilə dəstəklənən innovativ konsepsiya və biznes modellərinin birgə hazırlanmasında da fəal iştirak edir. Blaz Qolob gələcək təmayüllər və rəqəmsal transformasiya barədə şəhər və hökumət rəsmilərinə, eləcə də müxtəlif şirkətlərə məsləhətlər verir.

Konfransın baş tərəfdaşı – “SOCAR”, qızıl sponsorlar – “BP”, “Equinor Azerbaijan”, “Gazprombank”, “Petronas”, gümüş sponsor – “INPEX Corporation”, bürünc sponsorlar – “ABB Limited”, “Baker Hughes A Ge Company”, “Caspian Pipe Coatings”, “Dentons Europe AARPI”, “HUAWEI”, “Lamor Corporation”, “McDermott”, “Nobel Upstream”, “SOCAR” AQS, “Tenaris Connections B.V.”, “Total E&P Absheron”, “Zenith Aran Oil Company LTD”.

Əlavə tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və öz satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxildir.

9-cu Xəzər Beynəlxalq  Energetika və Alternativ Enerji Sərgisi

29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində energetika və bərpa olunan enerji sənayesi nailiyyətlərinin nümayiş olunması sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2019” sərgisi keçiriləcək. Sərginin rəsmi dəstəyini Azərbaycan Respublikası Energetika Nazirliyi təmin edir. Həmçinin bu il ilk dəfə olaraq “Azərenerji” ASC sərgiyə rəsmi dəstək verir.

Sərgi iştirakçıları arasında Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrdən energetika sahəsində aparıcı texnologiya təchizatçıları yer alır. Sərgidə Kozlov adına Minsk Elektrotexnika Zavodu, Energomera konserni, Luna Elektrik şirkəti və digər eksponentlər tərəfindən transformatorlar, kabellər, elektrik avadanlıqları, enerjiyə qənaət üzrə ən son texnologiyalar və s. məhsullar təqdim olunacaq. Sərginin bölmələri arasında isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsulları, işıqlandırma yer alır.

“Caspian Power 2019” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim ediləcək və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkün olacaqdır.

TƏŞKİLATÇILAR və TƏRƏFDAŞLAR

Beləliklə, sərgilər və konfrans enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. 2019-cu ildə sərginin tərəfdaşları arasında “Greenwich Travel Club” şirkəti (rəsmi turoperator), eləcə də “Qafqaz Hotels and Resorts” “Boulevard Hotel” və “Intourist Hotel Baku” mehmanxanaları (rəsmi otellər) yer alır. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsidir.


Xəbərlər

Bütün xəbərlər