10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji Sərgisi


1 - 3 iyun 2021 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Biz artıq potensial tərəfdaşlarla tanış olmuşuq

Biz artıq potensial tərəfdaşlarla tanış olmuşuq
30.05.2018

Xəbərlər

Yevgeniyus Samuhovas, “Apator” şirkətinin satış üzrə meneceri

– Bizim şirkət 1947-ci ildə təsis edilib. Bu hazırda tərkibinə 9 Polşa və 6 xarici şirkətin daxil olduğu dinamik, sənaye-maliyyə qrupudur. Məhsullarımıza Qərbi Avropa, Baltikyanı ölkələr, Ukrayna və Belarus bazarlarında tələbat var.

Biz aşağı gərginlikli blok-açarları istehsal edirik. Biz stendimizdə bu gün üfüqi və şaquli tətbiqdə iki modifikasiyanı nümayiş etdiririk. Bunlar transformatorları və elektrik xətlərini qorumaq üçün qoruyuculu ayırıcılardır. Bu məhsullar yarımstansiyalar üçün nəzərdə tutulub, az yer tutur, qısa qapanmalara qarşı qorunur. Hər il şirkət yeni bir məhsul təqdim edir, hazırda məlumatları, cərəyanları, göstəriciləri hesablamaq, ekranda əks olunan rampa sisteminə işə salmaq üçün ağıllı sistemə malik olan aparatlar istehsal olunur. Bundan başqa, şirkətimiz hər kəsi bu sistemlə təmin etmək məqsədilə kommutasiya aparaturası ilə yanaşı, su, qaz, elektrik sayğacları və kompüter proqramları da istehsal edir.

Sərgidə debüt edərək biznesimizi inkişaf etdirmək və malların təşviqi üçün yerli tərəfdaş tapmaq niyyətindəyik. Deyə bilərəm ki, iki gün ərzində məhsulumuzla maraqlanan potensial tərəfdaşlarla tanış olmuşuq. Danışıqlar aparmış və növbəti günlərdə bu istiqamətdə ciddi çalışacağıq.

 


Xəbərlər

Bütün xəbərlər