10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji Sərgisi


1 - 3 iyun 2021 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Bir çox şirkət bu sərgiyə maraq göstərir

Bir çox şirkət bu sərgiyə maraq göstərir
01.06.2016

Xəbərlər

Oqtay Məmmədov, “Schneider electric” şirkətinin marketinq meneceri.

– Fransanın nəhəng maşınqayırma şirkətlərindən biri kimi, “Schneider Electric” şirkəti elektrik enerjisinin idarə olunması, energetika və infrastruktur, sənaye müəssisələri, mülki və yaşayış təyinatlı obyektlər üçün enerjiyə qənaət edən həll variantlarının inkişaf etdirilməsi və hazırlanması ilə məşğuldur. Hazırda 200-dən artıq zavoda malik olan “Schneider Electric” şirkəti “Merlin Gerin”, “Telemecanique” və “Square D” brendləri altında aşağı və orta gərginlikli elektrotexniki avadanlıqlar, eləcə də sənaye və yaşayış sahələrinin tikintisi üçün avtomatlaşdırma vasitələrinin istehsalı ilə məşğuldur.

Bütün dünya üzrə işçilərinin sayı təxminən 170 min nəfərə qədər olan şirkətimiz elektrik enerjisinin idarə olunması sahəsində dünyada liderdir. Biz “Caspian Oil & Gas” sərgisində müntəzəm olaraq iştirak etməklə yanaşı, neft-qaz əməliyyatları müddətində enerjinin səmərəli şəkildə idarə olunması üzrə texnologiyalarımızı təqdim edirik. Biz bu il bütün mümkün pozuntuların qarşısını almaq və tərəfdaşlarımızın resurslarını qorumaq məqsədi ilə elektrik avadanlıqlarının monitorinqi və diaqnostikası üzrə xidmətlərin təqdimatına üstünlük veririk. Bu sərgi bu sənaye sahəsi üzrə ənənəvi platformaya çevrilib və Xəzəryanı regionda bütün iştirakçıların səbirsizliklə gözlədikləri nəhəng tədbirdir. Hazırda mövcud olan iqtisadi çətinliklərə baxmayaraq, şirkətlər bu sərgidə iştirak etməkdə maraqlıdırlar.

Mən burada yeni iştirakçıları görürəm, sərginin keçirilməsi zəruridir və bu tədbir hələ uzun müddət bizi sevindirəcəkdir!


Xəbərlər

Bütün xəbərlər