10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji Sərgisi


1 - 3 iyun 2021 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Ölkə iqtisadiyyatının inkişafına verdiyimiz töhfə

Ölkə iqtisadiyyatının inkişafına verdiyimiz töhfə
03.06.2015

Xəbərlər

Aleksey Zaikin, СВЭЛ” şirkətlər qrupunun satış üzrə direktoru

– Biz 5-ci Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi ilə əməkdaşlıq etməkdən məmnunuq və ölkənizin milli layihələrində iştirak etməyimizə imkan yaratdıqları üçün  sərginin təşkilatçılarına təşəkkür edirik. Bu sərgi bizim enerjiyə qənaət edən avadanlıqlar üzrə imkanlarımızın uğurla nümayişini təmin etdi. Biz burada gücü 35 kV-a qədər olan quru transformatorlar, gücü 500 kV-a qədər olan yağ transformatorları, 6000 amperə qədər cərəyanı məhdudlaşdıran reaktorlar, gücü 35 kV-a qədər olan paylayıcı qurğuları, habelə ölçü transformatorlarını təqdim edirik.

Məhz burada, yəni sərgidə Azərbaycanın dövlət iqtisadiyyatının vahid yanacaq-energetika sektorunun tərkib hissəsi olan tapşırıqların həlli üzrə təcrübə mübadiləsi ziyarətçiləri cəlb edir. Ölkə rəhbərliyi sözügedən sektordakı vəziyyəti daim yaxşılaşdırmağa çalışır və təcrübə mübadiləsi keyfiyyəti artıran atributlardan biridir. Biz energetika sektorunda ən müxtəlif tapşırıqların həlli üzrə ekspertlər olaraq, öz təcrübəmizi bölüşməyə hazırıq və şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafı baxımından faydalı olmaq və öz töhfəmizi vermək istəyirik. Hazırkı sərgi isə bu baxımdan bizim üçün yaxşı imkanlar yaradır.

 


Xəbərlər

Bütün xəbərlər