10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi

2 - 4 iyun 2020 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Kompleks energetika strategiyası

Kompleks energetika strategiyası
03.06.2015

Xəbərlər

Povilas Sidlauskas, ENERGUS” şirkətinin Baş direktoru

– Litvanın “ENERGUS” özəl müəssisəsi intellektual energetika üzrə həll variantları təklif edir. Şirkətin fəaliyyətinin əsasını elektrik şəbəkələrinin layihələndirilməsi, montaj və texniki baxışı, proseslərin idarə edilməsi, avtomatlaşdırma və proqramlaşdırma, eləcə də enerji təchizatı sahəsi üzrə həll variantları təşkil edir.

Biz obyektlərdəki bütün mühəndislik sistemlərinin audit və analizini apararaq nəticə və tövsiyələri təqdim etməklə yanaşı, həm də problemlər üçün kompleks həll variantlarını və onların həyata keçirilməsini təklif edirik. Müştəri enerji sərfiyyatının monitorinqi, obyektin mühəndislik sisteminin layihəsini və sözügedən obyektin səmərəli enerji sərfiyyatına hazırlanması, enerji təchizatında qoyulan investisiyanın geri qayıtması üzrə hesabat və təhlil, zəruri avadanlıqların montajı, obyektdə bütün mühəndislik sistemlərinin bir intellektual sistemə (“ENERGY MANAGEMENT SYSTEM”) qoşulmasını təmin etmək məqsədi ilə proseslərin avtomatlaşdırılması üçün kompyuter sistemləri və proqramların quraşdırılması və digər xidmətləri əldə edir. Biz ölkə ərazisində xeyli sayda obyekti olan müştərilər üçün kompleks energetika strategiyası yaradırıq. Son 2 il ərzində bizim şirkət Litvada enerji təchizatı üzrə 1 nömrəli şirkət elan edilmişdir.

Şirkət binalardakı mühəndislik sistemlərinin, texnoloji və istehsalat proseslərinin avtomatlaşdırılması, eləcə də “Ağıllı [R1] ev” (“SMART HOUSE”) sisteminin inteqrasiyası üzrə işləri həyata keçirməklə yanaşı, idarəetmə və avtomatika lövhələrini layihələndirərək toplayır. Şirkətin proqramçıları müştərilərin tələblərinə uyğun olaraq binaların idarə edilməsi üçün qrafik istifadəçi interfeyslərini yaradır (“Building Management Systems”) və “SCADA” dispetçer idarəetməsinin köməyi ilə sənayenin avtomatlaşdırılmasını həyata keçirirlər.

Daha ətraflı məlumat üçün 2328 nömrəli stendimizdə sizin yolunuzu gözləyir və ya clients@energus.lt e-poçt ünvanına müraciət etməyinizi xahiş edirik.

 



Xəbərlər

Bütün xəbərlər