10-cu Yubiley Xəzər Beynəlxalq
Energetika və Alternativ Enerji Sərgisi


1 - 3 iyun 2021 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - Bizim məhsullarımız artıq Azərbaycanda da tanınır

Bizim məhsullarımız artıq Azərbaycanda da tanınır
02.06.2015

Xəbərlər

Ercin Sundere, “Alce Eleкtriк” (Türkiyə) şirkətinin satış üzrə meneceri

– Şirkətimiz 1968-ci ildə təsis edilmişdir və müxtəlif transformator, eləcə və izolyatorların istehsalı ilə məşğuldur. Bizim müəssisə Türkiyədə ilk dəfə olaraq cərəyan və gərginlik transformatorları istehsalına başlamış və Türkiyədə sözügedən məhsulun istehsalı sahəsində ən böyük şirkət olmaqla yanaşı, dünyada da ən böyük şirkətlərdən biridir.

Bizim stendimizdə orta cərəyan və gərginlikli transformatorlar, həlqəvi özəyi olan orta cərəyanlı transformatorlar, yardımçı izolyatorlar və izolyator-ayırıcılar təqdim olunur.

Bu bizim sərgidə ilk iştirakımız olsa da, bu yerli istehlakçıların bizim məhsullarımızla tanış olmadığı anlamına gəlmir. Belə ki, biz artıq öz məhsullarımızı “GBS” və “Azelco” kimi yerli şirkətlərə satmışıq. Bundan başqa, bizim məhsullarımız şirkətimizin qlobal distribyutorları olan “Siemens”, “Schneider”, “ABB”, “Alstrom” və digər şirkətlər vasitəsi ilə də Azərbaycana gətirilib. Biz bilirik ki, məhsullarımıza sürətlə inkişaf edən Azərbaycan bazarında böyük tələbat var.

Biz hazırda Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərmək qərarına gəlmişik və mən hesab edirəm ki, bu sərgi bizə yerli bazara daxil olmağa kömək edəcək. Biz bu sərgi çərçivəsində istər istehlakçı, istərsə də potensial tərəfdaş qismində  məhsullarımıza maraq göstərən ziyarətçilərin geniş auditoriyası ilə görüşmək imkanı əldə edə bilərik. Zənnimcə, bazara real şəkildə daxil olmaq üçün bir sərgi kifayət deyil. Bəlkə də, iki və ya üç sərgidə və daha geniş ekspozisiya ilə çıxış etmək lazım gələcək. Müvafiq qərar isə bizim uğurumuzdan və burada yeni əlaqələr qurmaq üçün apardığımız işlərdən asılı olacaq.

 


Xəbərlər

Bütün xəbərlər