10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi

2 - 4 iyun 2020 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

CASPIAN POWER - “Caspian Power 2015”: Xəzər regionunda energetika üzrə aparıcı tədbir

“Caspian Power 2015”: Xəzər regionunda energetika üzrə aparıcı tədbir
02.06.2015

Xəbərlər

İyun ayının 2-də Bakı Ekspo Mərkəzində “Iteca Caspian LLC” və “ITE Group Plc” şirkətlərinin təşkil etdikləri 5-ci Yubiley Beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2015”) sərgisi öz işinə başladı. Ənənəvi olaraq, tədbirin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev Xəzər regionunda energetika sektoru üzrə bu mötəbər tədbirin iştirakçı, qonaq və təşkilatçılarını təbrik etdi.

Ölkə başçısı sərginin rəsmi açılış mərasimindəki çıxışında neft-qaz hasilatı sənayesi, XXI əsrin müasir müqavilələri, habelə reallaşdırılmış dünya miqyaslı sənaye layihələrinin əhəmiyyətini vurğuladı. Ölkə başçısı Beynəlxalq “Caspian Oil and Gas” sərgisinin təşkilatçılarına bu istiqamətdə tükənməz əmək sərf etdiklərinə və sərgi layihəsini daim yaxşılaşdırmağa çalışdıqlarına görə minnətdarlığını bildirdi.

Birləşmiş Krallığın Baş naziri cənab Devid Kemeronun sərgi iştirakçılarına ünvanladığı salamlama məktubunu London şəhərinin lord-meri cənab Alan Yarrou oxudu. Polşanın Baş naziri cənab Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi Həsən Şuber öz çıxışlarında Azərbaycanın müasir yüksək inkişaf səviyyəsini qeyd etməklə yanaşı, müasir perspektiv sənaye layihələrinin Avropa və Asiya ölkələrinin gələcək inkişafındakı əhəmiyyətini vurğuladılar.

Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir – 5-ci Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2015”) sərgisi “ITE Group Plc” şirkətinin energetika üzrə təşkil etdiyi aparıcı tədbirlərdən biridir və sənaye sərgiləri arasında özünü doğrultmuş brend hesab olunur. Tədbir 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı (“Caspian Oil and Gas 2015”) ilə eyni vaxtda keçirilir və belə peşəkar ittifaq hər iki tədbirin səmərəliliyini artırır. İştirakçıların coğrafiyası Azərbaycan, Belarus, Rumıniya, Türkiyə və digər ölkələri əhatə edir. Sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.

Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (“LED”) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunur.

Bu gün “Caspian Power 2015” sərgisi elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşmək,  elektroenergetika üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və bu əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.

Sərgiyə rəsmi dəstək Azərbaycan Respublikası Energetika Nazirliyi, habelə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən göstərilir.


Xəbərlər

Bütün xəbərlər