Rəylər

 

“İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və konfransınız aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

 

"Ümummilli lider Heydər Əliyevin neft strategiyası ilə təşəkkül tapmış bu sərgi önəmli beynəlxalq tədbirlərdən biri kimi uzun illərdir, Azərbaycanın inkişafına qlobal marağın cəlb edilməsində və nailiyyətlərinin dünyaya tanıdılmasında mühüm rol oynamışdır."


Pərviz Şahbazov
Azərbaycan Respublikasının energetika naziri

 

 

“Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlər bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır və geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır. Builki tədbirlərə yüzlərlə iştirakçının qatılması tədbirimizə artan marağın əyani göstəricisidir.

İnanıram ki, “Bakı Enerji Həftəsi” dünyada enerji sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək və yeni əməkdaşlıqların formalaşması baxımından mühüm platforma olduğunu bir daha sübut edəcək." 


Rövşən Nəcəf
SOCAR-ın prezidenti

 

 

 

 

 

 

 

 

 


 

Tərəfdaşlar